Filippində baş verən güclü zəlzələdən 79 mindən çox insan zərər çəkib

Filippində baş verən güclü zəlzələdən 79 mindən çox insan zərər çəkib Filippinin Luson adasında baş verən 7,3 bal gücündə zəlzələdən 79 mindən çox insan zərər çəkib.
Bu barədə Risklər Barədə Xəbərdarlıq və Təbii Fəlakətlərin Qarşısının Alınması Milli Şurasının iyulun 29-da dərc edilən hesabatında qeyd edilir. Bildirilir ki, zəlzələ nəticəsində altı nəfər həlak olub, daha dörd nəfər itkin düşmüş hesab olunur.
Sənədə əsasən, 7 indən çox insan 26 təxliyə mərkəzində yerləşib, 1200 nəfər isə zəlzələ ərəfəsində təxliyə edilib. Təbii fəlakət nəticəsində 136 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Zəlzələnin 1580 evə qismən zərər vurduğu, 48-nin isə tamamilə dağıldığı qeyd edilir. Ümumilikdə 99 infrastruktura dəyən zərərin məbləği 48, 3 milyon peso (870,4 min dollar) təşkil edir. Ümumilikdə 38 şəhərdə elektrik enerjisinin verilişində fasilələr yarandığı, bir bələdiyyə ərazisində isə suyun verilişinin hələ də bərpa olunmadığı bildirilir.
Zəlzələnin hiss olunduğu üç regionun 94 məktəbində dərslərin dayandırıldığı, 183 müəssisənin isə işində fasilələr yarandığı qeyd edilir. Ən çox zərər çəkən Abra əyalətində fövqəladə vəziyyət rejimi tətbiq edilib. Hökumət tərəfindən həmin əyalətə 396, 3 min peso (7,1 min dollar) yardım ayrılıb.

Tehsil-press.az


Oxşar xəbərlər