İranın qərbində Kermanşah vilayətində 5.9 bal gücündə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 287 nəfərə çatıb.
“Sonuncu zəlzələ nəticəsində 287 nəfər yaralanıb. Zəlzələdən 43 kəndə ziyan dəyib, 101 bina isə tamamilə dağılıb”, - deyə vilayətin qubernatoru Huşand Bazvand bildirib.
Vilayətin şəhər və kəndlərində 800-dən çox binanın qismən dağıldığı bildirilir. Hazırda təmir işləri aparılır.
X X X
21:26
İranda zəlzələ nəticəsində yaralananların sayı 146-ya çatıb. Bu barədə Trend "The Associated Press" agentliyinə istinadən xəbər verir.
Daha öncə 128 nəfərin xəsarət aldığı bildirilirdi.
Ölkənin təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması üzrə idarəsinin rəhbəri Pir Hüseyn Kolivand deyib ki, zəlzələ nəticəsində xəsarət alanların 21-i xəstəxanaya çatdırılıb.
Bu gün İranın Kermanşah vilayətində 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ vilayətin bütün ərazisində hiss olunub.
Tehsil-press.az