Magistratura səviyyəsi üzrə yeni ixtisaslar yaradıldı

Magistratura səviyyəsi üzrə yeni ixtisaslar yaradıldı Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatına dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli əsədov qərar imzalayıb.
Qərarda qeyd edilir ki, mədəniyyət və vergi hüququ sahəsində qüvvədə olan normativ hüquqi aktların düzgün tətbiqinin təmin olunması və onların tətbiqi zamanı aşkar edilən boşluqların aradan qaldırılması, dövrün tələblərinə uyğun təkmilləşdirilməsi məqsədilə sahə üzrə ixtisaslı hüquqşünasların hazırlanmasına tələbat yaranıb.
Bununla əlaqədar Nazirlər Kabinetinin qeyd olunan Qərarı ilə ali təhsilin magistratura səviyyəsi üzrə “Hüquqşünaslıq” ixtisasının mövcud ixtisaslaşmaları siyahısına “Mədəniyyət hüququ” və “Vergi hüququ” ixtisaslaşması əlavə edilib.

Tehsil-press.az


Oxşar xəbərlər