Mədəniyyət və İncəsənət Universitetində doktorantura təhsil səviyyəsində yüksəkixtisaslı elmi kadrlar hazırlanacaq

Mədəniyyət və İncəsənət Universitetində doktorantura təhsil səviyyəsində yüksəkixtisaslı elmi kadrlar hazırlanacaq Baş nazir Əli Əsədov “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında” Qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti publik hüquqi şəxsə çevrilib və Nizamnaməsi təsdiq edilib. Nizamnamədə bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması, magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsi, doktorantura təhsil səviyyəsində yüksəkixtisaslı elmi kadrların hazırlanması, ixtisas və elmi dərəcələrin yüksəldilməsi, orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi, elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatlar aparılması kimi fəaliyyət istiqamətləri nəzərdə tutulub.

Tehsil-press.az


Oxşar xəbərlər