Ayvazyanın yaxtası batdı

Ayvazyanın yaxtası batdı Avqustun 21-i İtaliya sahillərində “May Saqa” yaxtası batıb.
İtalyan mediası gəminin rusiyalı biznesmen Gennadi Ayvazyana məxsus olduğunu bildirib.
Məlumata görə, hadisə Skvillaçe körfəzində baş verib.
Ekipaj gəmidə su olduğunu bildirib. Onlar rusiyalı sahibkarın gəmisini limana aparmağa çalışsalar da, pis hava şəraiti səbəbindən yaxta batıb.
Qeyd edək ki, Gennadi Ayvazyan “Kuzbassrazrezugol” holdinqinin ortağı və “Krutrade”nin direktorlar şurasının sədridir.

Tehsil-press.az



Oxşar xəbərlər