Şimali Koreya Rusiya gəmisini ələ keçirib - 17 dənizçi ilə birlikdə

Şimali Koreya Rusiya gəmisini ələ keçirib - 17 dənizçi ilə birlikdə Şimali Koreya Rusiyaya məxsus balıqçı gəmisini ələ keçirib.
Bu barədə Şimal-Şərq Balıq ovu Şirkətinin direktor müavini Sergey Sedler bildirib. Onun sözlərinə görə, gəmidə 17 dənizçi olub. Onlardan 15-i Rusiya, 2-si Cənubi Koreya vətəndaşıdır. Hadisə iyulun 17-də dənizdə ov zamanı baş verib.
Konsulun dənizçilərlə görüşməsinə yalnız iyulun 23-də icazə verilib. Əlverişsiz hava şəraitində saxlanılan dənizçilər hər gün iki dəfə sorğu-sual edilir.

Tehsil-press.az

Oxşar xəbərlər