Conson Kiyevə getdi

Conson Kiyevə getdi Böyük Britaniyanın Baş naziri Boris Conson Müstəqillik Günündə Ukraynanın paytaxtı Kiyevə gedib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında məlumat verib.
“Ukraynanın dostu Boris Consonu Müstəqillik Günündə qəbul etdiyimə şadam. Boris, Rusiyanın tammiqyaslı təcavüzünün ilk günlərindən ölkəmizə güzəştsiz dəstəyə, Ukraynanın maraqlarını qətiyyətlə müdafiə etdiyinə görə təşəkkür edirəm! Dövlətimizin bəxti gətirib ki, belə bir dostumuz var”, - deyə Zelenski qeyd edib.
***
Kiyevdə təşkil olunan birgə mətbuat konfransında Ukrayna Prezidenti Volodimir Zelenski Boris Consona “Azadlıq” Ordenini təqdim edib.
“Bütün ukraynalılar adından Boris Consona “Azadlıq” ordenini təqdim etmək şərəfinə nail oldum. Bu mükafat onun ölkəmiz və bütün Avropa üçün etdiklərini tam əks etdirir”, - deyə Zelenski əlavə edib.

Tehsil-press.az



Oxşar xəbərlər