Trampdan xəstəxanalıq olan Consona dəstək

Trampdan xəstəxanalıq olan Consona dəstək ABŞ Prezidenti Donald Tramp bütün Amerika xalqı adından koronavirus səbəbindən intensiv terapiya şöbəsinə köçürülən Böyük Britaniyanın Baş Naziri Boris Consona tezliklə sağalmağı arzulayıb.
“Mən Boris Consona dəstək sözlərini ifadə etmək istərdim. Biz onun intensiv terapiya şöbəsinə köçürülməsindən çox kədərlənirik. Amerikalılar onun tezliklə sağalması üçün dua edirlər. O, bizim dostumuzdur, o, xüsusidir, güclüdür, situasiyaları həll etməyə hazırdır, o, təslim olmur, çətin məsələlərin həllindən uzaqlaşmır", - Tramp Ağ Evdə keçirilən mətbuat konfransında deyib.
Qeyd edək ki, koronavirus testi pozitiv çıxan 55 yaşlı Boris Consonun xəstəlik simptomları ağırlaşıb və o, intensiv terapiya şöbəsində yerləşdirilib. Conson səlahiyyətlərinin icrasını müvəqqəti olaraq Xarici İşlər naziri Dominik Raaba həvalə edib.

Tehsil-press.az

Oxşar xəbərlər