Volodimir Zelenski: Ukrayna istənilən formatda müzakirəyə hazırdır

Volodimir Zelenski: Ukrayna istənilən formatda müzakirəyə hazırdır Prezident Volodimir Zelenski ABŞ lideri Co Baydenlə telefon danışığında Ukraynaya təhlükəsizlik zəmanəti verməyə çağırıb. Ukrayna tərəfi bu məsələni istənilən formatda müzakirə etməyə hazırdır.
Volodimir Zelenski telefon danışığında vurğulayıb ki, bu gün regionda yaranan təhlükə fonunda Ukraynaya effektiv təhlükəsizlik təminatları vermək vacibdir.
“Biz onları müxtəlif formatlarda müzakirə etməyə hazırıq”, - deyə V.Zelenski bildirib ki, Ukraynanın təhlükəsizliyi olmadan Avropada təhlükəsizlik də ola bilməz.
Eyni zamanda, Ukrayna Prezidenti ABŞ-a Ukrayna Silahlı Qüvvələrinin imkanlarının gücləndirilməsinə töhfə verən müdafiə sahəsində əməkdaşlığa görə təşəkkür edib.
"Hələlik biz NATO-nun üzvü deyilik. Ona görə də dövlətimizin təhlükəsizliyinin açarı yalnız güclü Ukrayna ordusudur", - deyə V.Zelenski vurğulayıb.

Tehsil-press.az


Oxşar xəbərlər