Azərbaycan Texniki Universitetinə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib

Azərbaycan Texniki Universitetinə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib Sentyabrın 2-dən bakalavriat səviyyəsi üzrə Azərbaycan Texniki Universitetinə (AzTU) qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, abituriyentlər https://portal.edu.az/ sistemindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.
Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.
Qeydiyyat sentyabrın 12-də yekunlaşacaq.

Tehsil-press.az

Oxşar xəbərlər