Magistraturaların boş qalan yerlərinə qəbul olunan bakalavrların qeydiyyatı davam edir

Magistraturaların boş qalan yerlərinə qəbul olunan bakalavrların qeydiyyatı davam edir Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar sentyabrın 9-da saat 17:00-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər.
Bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı ali təhsil müəssisələri tərəfindən onlayn qaydada həyata keçirilir.
Bakalavrlar qəbul olunduqları ali təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyatın forması ilə tanış ola bilərlər.
Bu gün saat 16:40-a olan məlumata əsasən, magistraturaya qəbul olunan bakalavrların 45 faizi qeydiyyatdan keçib.
Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar magistratura səviyyəsinə qəbul olunanların siyahısından xaric ediləcəklər.

Tehsil-press.az

Oxşar xəbərlər