Zelenskidən Putinin sözlərinə reaksiya

Zelenskidən Putinin sözlərinə reaksiya Ukraynanın kənd təsərrüfatı ixracının coğrafiyası genişdir, ona görə də Rusiyanın yalanlarını təkzib edirik.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Ukrayna müxtəlif qitələrdən olan istehlakçılara kənd təsərrüfatı məhsulları verir. Qlobal səviyyədə ərzaq təhlükəsizliyinə zəmanət verən bizim tədarükümüzdür", - Zelenski vurğulayıb.
Xatırladaq ki, sentyabrın 7-də Şərq İqtisadi Forumunda çıxış edən Vladimir Putin deyib ki, BMT-nin Ümumdünya Ərzaq Proqramı çərçivəsində yüklənmiş 87 gəmidən yalnız 2-si kasıb ölkələrə gedib.

Tehsil-press.az

Oxşar xəbərlər