Rövnəq Abdullayev Zelenski ilə görüşdü

Rövnəq Abdullayev Zelenski ilə görüşdü SOCAR prezidenti Rövnəq Abdullayev Ukraynanın dövlət başçısı Vladimir Zelenski ilə görüşüb.
Bu barədə məlumatı Ukrayna prezidentinin rəsmi saytı yayıb.
Tərəflər Ukraynanın qaz nəqliyyatı sahəsinə sərmayə imkanlarını müzakirə ediblər.
Vladimir Zelenski ötən ilin dekabrında Azərbaycana səfəri zamanı Ukraynada SOCAR-ın işi haqqında əldə olunmuş razılaşmaların reallaşdırılmasının əhəmiyyətini qeyd edib.
Zelenski bildirib ki, Ukrayna hakimiyyəti neft və qaz sahəsində SOCAR şirkəti ilə birlikdə layihələrin həyata keçirilməsinə imkan yaradacaq.

Tehsil-press.az

Oxşar xəbərlər