Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsində məlum olub ki, nazirliyin keçmiş əməkdaşı və qaynaqçının adına şirkətlər açılıb.
Bu barədə şahid İbad İsmayılov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə deyib.
O bildirib ki, 2014-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyib:
"Sonradan Qarabağ əlillərinə tikilən binalarda işləmişəm. Nazirliyin tikilməkdə olan obyektlərinə Natiq Əzizov rəhbərlik edirdi. Mənə təklif etdilər ki, adıma şirkətlər açılsın, tenderlərdə iştirak edək. Daha sonra adıma 3 şirkət - "Tala", "Tala-1" və "Tala-2" şirkətlərini yaratdıq, mən də həmin onlara rəhbərlik edirdim.
2015-ci ildə devalvasiya oldu və vəsait çatışmazlığı yarandı. Bizə dedilər ki, hər evin müəyyən xərcləri var. Bunun üçün nazirliyin tikinti idarəsinə 6 min manat pul verirdik. Pulu əvvəl Toma xanıma təqdim etdik. Daha sonra isə Natiq müəllimə verdik. Birinci dəfə Qazax rayonunda 6 ev, ikinci mərhələdə isə 16 ev tikmişəm. Ümumilikdə, həmin evlərə görə Natiq Əzizova 132 min manat vermişəm.
Sonralar söylədilər ki, bir adam 3 şirkətlə tenderdə iştirak edə bilməz. Mən də ona görə məcbur olub şirkətin birini həyat yoldaşımın adına keçirdim. Birinci tenderdə bir evin qiyməti 54 min, ikinci mərhələdə isə 68 min oldu. Həmin evlərin hər birinin xərci 42 min manat idi".
Digər şahid İlqar Mustafayev deyib ki, suvarma sistemlərində qaynaqçı işləyir. Şahid bildirib ki, 2014-cü ildə onu aldadıb ağ kağıza qol çəkdiriblər: "2021-ci ildə məni çağırıb söylədilər ki, şirkət rəhbəri olmuşam. Rəhbərlik etdiyim "Tunar" MMC evlər inşa edib. Heç nədən xəbərim olmayıb. İstintaqda bildim ki, adıma şirkət açılıb. Şirkətə kim rəhbərlik edib, kim ev tikib, xəbərim yoxdur".
Şahid Bəylər Musayev isə bildirib ki, onun adına "Şəki Construction" MMC təsis olunub:
"Suvarma idarəsində işləmişəm, fəhlə adamam. Dedilər ki, bu ağ kağızı imzala. Mən də imzaladım. Bu şirkətlə heç bir əlaqəm olmayıb. Şirkətin şəhid ailələri üçün evlər inşa etdiyini eşitmişdim".
Prosesdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirlyinin təsərrüfat şöbəsinin müdiri Pərviz Qarayev də dindirilib. O söyləyib ki, əvvəllər bizneslə məşğul olub, 2014-cü ildən isə nazirlikdə şöbə müdiri vəzifəsinə təyin edilib. Nazirliyin idarə rəisi Natiq Əzizovun tələbə yoldaşı olub.
P.Qarayev qeyd edib ki, adına 17 şirkət açılıb. Onun sözlərinə görə, tenderlərdə iştirak etmək üçün şirkətlər özünün və yaxınlarının adına təsis olunub: "Mənim firmalarla birbaşa əlaqəm olmayıb. Gördüyüm işlərə görə nazirliyin mənə 181 manat borcu olub. Həmin borc bu gün də ödənilməyib".
Məhkəmənin növbəti iclası oktyabrın 3-nə təyin edilib.
Tehsil-press.az