Ukraynalılar üçün nüvə zərbəsi zamanı təlimat hazırlandı

Ukraynalılar üçün nüvə zərbəsi zamanı təlimat hazırlandı “Rusiyanın nüvə silahından istifadə etməsi Ukraynanın öz ərazilərini müdafiə etməsinə mane olmayacaq”.
Bunu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov deyib.
"Əgər dünya ictimaiyyətindən, NATO ölkələrindən belə hücuma reaksiya verilməsə, bu o demək deyil ki, biz öz torpağımızı müdafiə etməyəcəyik. Heç kim bizə mane ola bilməz: nə Putin, nə də onun ordusu. Bu, dəfələrlə sübuta yetirilib”, - deyə Danilov bildirib.
Danilovun sözlərinə görə, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının aparatı Rusiyanın taktiki nüvə silahından istifadə edəcəyi zaman vətəndaşlar üçün ətraflı təlimat hazırlayıb.

Tehsil-press.az


Oxşar xəbərlər