Ukrayna xüsusi təyinatlılarının Rusiyanın ilhaq etdiyi Krım yarımadası ərazisinə daxil olmaq cəhdindən sonra rəsmi Kiyev nüvə silahından istifadə təhlükəsi barədə xəbərdarlıq edib. Virtualaz.org xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəsmi nümayəndəsi Vadim Skibitski Rusiyanın Krımda nüvə silahından istifadə edə biləcəyini bəyan edib.
“Nüvə silahını hədəfə çatdırmaq üçün nəzərdə tutulan vasitələr hazırda Krım ərazisində-aerodromlarda və Sevastopoldakı hərbi-dəniz bazasında yerləşdirilib. Bunlar döyüş gəmiləri və sualtı qayıqlardır”, - Skibitski deyib.
Ukrayna kəşfiyyatının məlumatlarına görə nüvə döyüş başlıqları Rusiyanın Cənub hərbi dairəsinin ərazisindədir. “Onlar qərar qəbul ediləcəyi halda ya Krım ərazisinə daşına bilər, ya da Cənub dairəsinin aerodromlarına yerləşdirilən təyyarələrə qoyula bilər. Bundan sonra həmin silah döyüş tətbiqinə hazır olacaq”-Ukrayna QRU nümayəndəsi bildirib.
Məlumatlara görə Krım ətrafındakı insidentlərdən sonra Rusiya Cənub hərbi dairəsinin aerodromlarına strateji nüvə bombardmançılarını yerləşdirir. Habelə Krımdakı Rusiya hərbi bazaları yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Xatırladaq ki, Federal Təhlükəsizlik Xidmətinin məlumatına əsasən avqustun 8-də Krıma daxil olmaq istəyən Ukrayna xüsusi təyinatlıları ilə atışmada bir hərbçi həlak olub. Daha bir hərbçi isə avqustun 7-də Krımda Ukrayna diversantlarını zərərsizləşdirərkən ölümcül yaralanıb.
Prezident Vladimir Putin ötən gün axşam Moskvada Ermənistan prezidenti Serj Sərkisyanla görüşdə Krım ətrafında baş verənlərə dair bəyanatla çıxış edib və Ukraynanı hədələyib. “Bu, çox həyacanlı informasiyadır. İlk baxışdan bu, axmaq, cinayətkar aksiya kimi görünür. Ona görə axmaq ki, belə üsullarla Krımda yaşayan insanlara müsbət təsir etmək mümkün deyil. Ona görə cinayətkar ki, insanlar həlak olub”-Putin deyib.
Rusiya prezidenti deyib ki, Luqanksda “xalq respublikasının” rəhbəri İqor Plotnitskiyə qarşı sui-qəsddən sonra indi də Krım ərazisinə daxil olmaq cəhdi göstərilib. “Rusiya tərəfdən iki hərbçi həlak olub. Biz belə hallardan yan keçməyəcəyik. Bu, çöx təhükəli oyundur”-Putin hədələyib. Rusiya prezidenti Ukrayna hakimiyyətini “terrorda” günahlandırıb və bildirib ki, Kiyevdəki rejim öz xalqını soyub-talamağı davam etdirmək üçün diqqəti bu cür hadisələrlə yayındırmağa çalışır.
Xəbərlərə görə hazırda Donbassda da gərginlik artır və Ukrayna ordusu ilə separatçıların qüvvələri arasında atışmalar intensivləşib. Hər iki tərəf təmas xəttinə hərbi texnika cəmləşdirir.
Tehsil-press.az