NATO Ukraynaya bioloji və nüvə təhlükələrindən qorunmaq üçün avadanlıq vəd edib

NATO Ukraynaya bioloji və nüvə təhlükələrindən qorunmaq üçün avadanlıq vəd edib NATO Ukraynaya bioloji, kimyəvi, nüvə təhlükələrindən qorunmaq üçün avadanlıq verəcək, həmçinin kibertəhlükəsizlik sahəsində dəstək verəcək.
Bunu NATO-nun baş katibi Yens Stoltenberq mətbuat konfransı zamanı deyib.
"Bu gün biz Ukrayna üçün daha çox iş görməyə, o cümlədən kibertəhlükəsizliyə dəstək verməyə, həmçinin Ukraynaya özünü bioloji, kimyəvi, radioloji və nüvə təhlükələrindən müdafiə etməsi üçün avadanlıqların verilməsi üzrə razılaşdıq", - deyə Y.Stoltenberq bildirib.
Onun sözlərinə görə, NATO ölkələri Ukraynaya daha çox hərbi texnika verməyə və əlavə humanitar yardım etməyə razılaşıblar.

Tehsil-press.az

Oxşar xəbərlər