“Rusiya bunu etməyəcək” - Zelenski

“Rusiya bunu etməyəcək” - Zelenski “Artıq Rusiyanın Ukraynaya qarşı müharibədə qalib gəlmək şansı yoxdur. Təcavüzkarın edə biləcəyi yeganə şey dünyanı şantaj etməkdir”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraiətində bildirib.
Zelenski Rusiya Prezidenti Vladimir Putinin hərbi əməliyyatların gedişi ilə bağlı son açıqlamalarını da şərh edib:
“Qulaq asın, bu terrorçuların lideri insanların, jurnalistlərin qarşısına çıxanda ondan nə və necə soruşurlar. Rusiya artıq məğlubiyyət atmosferindədir, artıq özü üçün ümidsizlik mühitindədir”.
Zelenski onu da qeyd edib ki, Rusiyanın hələ də Ukrayna şəhərlərinə və bütün avropalılara qarşı terror törətmək, dünyanı şantaj etmək imkanları var:
“Amma şansları yoxdur və bunu etməyəcəklər. Çünki Ukrayna irəliləyir”.

Tehsil-press.az

Oxşar xəbərlər