Paşinyan Soçidəki üçtərəfli görüşdə iştirakını təsdiqlədi

Paşinyan Soçidəki üçtərəfli görüşdə iştirakını təsdiqlədi Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 31-i Soçidə Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyev və Vladimir Putinlə planlaşdırılan üçtərəfli görüşdə iştirakını təsdiq edib.
Paşinyan parlamentdə hökumət saatında çıxışı zamanı bu barədə danışıb.
“Rusiya Prezidenti Soçidə üçtərəfli görüş keçirməyi təklif edib. Mən öz iştirakımı təsdiq etdim”, - deyə Paşinyan qeyd edib.
Xatırladaq ki, Vladimir Putin oktyabrın 14-ü Astanada MDB dövlət başçıları Şurasının iclasında çıxışı zamanı İlham Əliyevlə Nikol Paşinyanı Rusiyada görüş keçirməyə dəvət etmişdi. Rusiyanın “Vedomosti” nəşri isə görüşün Moskva və yaxud Soçidə keçirilə biləcəyini yazmışdı.
Ermənistan parlamentinin spikeri Alen Simonyan isə bu gün verdiyi açıqlamasında sözügedən görüşün oktyabrın 31-i Soçidə keçiriləcəyini bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər