Müğənnilərin toyları əlindən çıxa bilər: Sənətçilər əvəzlənir

Müğənnilərin toyları əlindən çıxa bilər: Sənətçilər əvəzlənir Son illərdə Azərbaycan ifa mədəniyyətinin səviyyəsində nəzərəçarpacaq geriləyiş müşahidə olunur və bu, dinləyicilərin diqqətini getdikcə süni intellekt tərəfindən yaradılan musiqi parçalarına yönəldir.

Aİ-nin oxuduğu peşəkar ifalar qısa müddətdə milyonlarla baxış toplayır, çünki bu musiqilərdə nə detona çıxma var, nə də tərbiyəsiz danışan ifaçılar.

Əksinə, süni intellekt həm səs təmizliyi, həm də emosional ötürmə baxımından insanları təəccübləndirən nəticələr ortaya qoyur.

Müşahidələr göstərir ki, bu tendensiyanın yaranmasının başlıca səbəbləri peşəkarlığın zəifləməsi, keyfiyyətli ifanın azalması və buna qarşılıq süni intellektin həm ucuz, həm də yüksək səviyyəli musiqi yarada bilməsidir. Artıq dünyada da eyni proses baş verir: ABŞ, Avropa, Cənubi Koreya və Yaponiyada Aİ ilə hazırlanan musiqilər geniş kütlələr toplayır, hətta bəzi platformalar süni “artist” layihələri təqdim edir. Bu səbəbdən, Azərbaycanda yaşanan dəyişikliklər qlobal tendensiyanın bir hissəsi hesab olunur.

Ekspertlər ifaçıların tamamilə tarixə qovuşacağını düşünmürlər, çünki canlı performans, səhnə enerjisi və birbaşa emosional bağ daima dəyərini qoruyacaq.

Lakin gündəlik dinləmə, toy və tədbir musiqisi kimi sahələrdə süni intellektin üstünlük qazanacağı ehtimal edilir.

Bu isə o deməkdir ki, ənənəvi ifaçılar daha ciddi rəqabətlə üzləşəcək, öz peşəkarlıq səviyyələrini artırmalı və musiqi standartlarını yenidən formalaşdırmalı olacaqlar.

Yaxın illərdə Azərbaycanda musiqi trendləri kəskin şəkildə dəyişəcəyi və süni intellektin yaratdığı ifaların həm tədbirlərdə, həm də xüsusi günlərdə aparıcı mövqeyə yüksələcəyi mümkün görünür. Süni intellektin ucuz və keyfiyyətli məhsul təqdim etməsi, musiqi sənayesində yeni mərhələ açır və dinləyicilər keyfiyyəti daha çox Aİ-da tapdıqları üçün bu dəyişikliklər artıq qaçılmaz görünür.

Tehsil-press.az

Oxşar xəbərlər