BDU tələbələrindən Zəfər trendi

BDU tələbələrindən Zəfər trendi Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin IV kurs tələbələri Vətən müharibəsində şanlı Qələbənin ikiilliyi münasibətilə sosial şəbəkələrdə Zəfər trendi formalaşdıracaq.
Marafonun məqsədi “Gəncliyin Zəfər sədası” adlı vahid şəbəkə yaratmaq, əsgər və zabitlərimizin igidliyi nəticəsində Vətən müharibəsi zamanı qazandığımız böyük Zəfəri həm respublika daxilində, həm də dünya miqyasında geniş təbliğ etməkdir.
Layihəyə Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının professor-müəllim heyəti rəhbərlik edir. Marafon üzvləri tviter, instaqram, feysbuk ) üzərindən konkret həştəqlərlə müxtəlif ölkələrin gündəminə düşərək, dünyaya Azərbaycanın qələbə səsini çatdırmağa çalışacaq.
Platforma üzvləri noyabrın 6-dan 8-dək sosial şəbəkələrdə aşağıdakı həştəqlərlə paylaşımlar edəcək.
Gənclərin təşəbbüsü ilə təşkil edilən 3 günlük onlayn marafonun böyük maraq doğuracağı düşünülür.
Ətraflı məlumat Bakı Dövlət Universitetinin saytında yerləşdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər