Bakı Dövlət Universitetinin fizika fakültəsində onlayn tədbir: Qarabağ Azərbaycandır!

Bakı Dövlət Universitetinin fizika fakültəsində onlayn tədbir: Qarabağ Azərbaycandır! Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşəbbüsü ilə Vətən müharibəsində qazanılmış parlaq Qələbəyə həsr olunmuş "Qarabağ Azərbaycandır!" adlı onlayn tədbir keçirib.
Tədbir haqq savaşımıza həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb. Fakültə dekanının müavini Məhəmməd Məhərrəmov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə münasibətilə tədbir iştirakçılarını təbrik edib, 44 günlük Vətən müharibəsində qazanılmış qalibiyyətdən danışıb.
Fizika fakültəsi THİK-nın sədri Günel Əliyeva, 2-ci kurs tələbəsi Nərmin Həsənli Qarabağın tarixi, mədəniyyəti və böyuk zəfər haqqında ətraflı məlumat veriblər. THİK-nın sədr müavinləri Ləyaqət Qasımova, Nərmin Həsənli və Xəyal Nağıyev, idarə heyətindən Səbinə Süleymanova şeirlər səsləndiriblər. Tədbirdə çıxış edən tələbələr Ermənistanın Azərbaycana qarşı uzun illər davam edən hərbi təcavüzü, Vətən müharibəsində qazanılmış Qələbə və Qarabağın erməni işğalından azad olunması münasibətilə təbrik nitqləri səsləndiriblər.
Tədbir "Microsoft Teams" platforması üzərindən Fizika fakültəsinin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə reallaşıb.

Tehsil-press.az

Oxşar xəbərlər