İstiqlal küçəsindəki partlayışa səssiz qalıb Konyadakı hadisəyə reaksiya verən türkiyəli müğənni Tarkan tənqidlərə məruz qalıb.
Müğənni bununla bağlı sosial media hesabında paylaşım edib.
"Mən məni tanıyıram. Məni tanıyanlar da bunu yaxşı bilir. Bu mənə bəsdir. Ona görə də susuram", - deyə müğənni bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə Konya Böyükşəhər Bələdiyyəsinin Sahibsiz Heyvanları Baxım və Reabilitasiya Mərkəzində iti vuraraq ölümünə səbəb olduğu iddia edilən görüntülər yayılmışdı. Tarkan sosial media hesabında hiddət doğuran görüntülərə səssiz qalmayaraq reaksiya vermişdi.
O, tviter hesabında, - "Kədərləndiyim üçün bu dəhşətli görüntülərə baxa bilmədim. Bu necə bir qətldir və bu zülmə şahid olanlar vicdansızdırlar. Yenə insanlığımdan utanıram...”.
Tehsil-press.az