Sezen Aksu onu linç edənlərə cavab verdi

Sezen Aksu onu linç edənlərə cavab verdi “Şahane bir şey yaşamaq” mahnısında Adəm və Həvvanı “cahil” adlandırması səbəbindən tənqid atəşinə tutulan müğənni Sezen Aksu açıqlama verib.
Müğənni onu dəstəkləyənlərə təşəkkür edib.
“Əvvəla, fərdi və ya korporativ, o cümlədən televiziyada açıq seanslarda problemi anlamağa çalışan, dəstək mesajları verən, zəng edib soruşan bütün tanıdığım, tanımadığım dostlarıma təşəkkür edirəm. Bildiyiniz kimi, mövzu mən deyiləm, mövzu ölkədir. Bilirsiniz, özümü tanımağa başlayandan müxtəlif insanlıq hallarını müşahidə edib, bunları sözə çevirirəm”, - S.Aksu bildirib.
Tanınmış müğənni ardınca 2010-cu il və 21 yanvar 2022-ci ildə yazdığı mahnıları paylaşaraq qeyd edib: “Nəticə olaraq 47 ildir yazıram. Yazmağa da davam edəcəyəm”.
Xatırladaq ki, “Şahane bir şey yaşamaq” adlı bəstəsinin sözlərinə görə S.Aksuya qarşı “linç etmə” kampaniyası başladılıb. Belə ki, mahnıdakı “Salam söyləyin o cahil Həvva ilə Adəmə” sözlərinə görə sosial şəbəkələrdə Aksu tənqid hədəfinə çevrilib. Dini dəyərləri təhqir etməsi iddiası ilə müğənni təhdid olunur. Bu təhdid və tənqidlərə dindarlarla, vətəndaşlarla yanaşı, siyasətçilər də qoşulub. Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da məsələyə sərt reaksiya verib.

Tehsil-press.az


Oxşar xəbərlər