Regionda baş verən son hadisələr fonunda Şimali Kipr Türk Respublikasının (ŞKTR) təhlükəsizliyinin gücləndirilməsi məqsədilə ölkə ərazisində Türkiyə Silahlı Qüvvələrinə məxsus 6 ədəd “F-16” qırıcı təyyarəsi və hava hücumundan müdafiə sistemləri yerləşdirilib.Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, regiondakı vəziyyətin inkişafından və aparılan qiymətləndirmələrin nəticələrindən asılı olaraq zərurət yaranacağı təqdirdə əlavə təhlükəsizlik tədbirlərinin görülməsi də davam etdiriləcək.
Tehsil-press.az











