Finaldan sonra izləyicilərinin sayı 400 milyonu keçdi

Finaldan sonra izləyicilərinin sayı 400 milyonu keçdi Argentina millisinin kapitanı Lionel Messinin instaqramda izləyicilərinin sayı 400 milyonu keçib.
Hazırda superulduzu 402 milyon nəfər izləyir.
Qətərdə keçirilən dünya çempionatı başlamazdan öncə Messinin izləyicilərinin sayı 376 milyon olub. Mundialın gedişində isə daha 26 milyon izləyici gəlib və hazırda 402 milyonu keçib.
Qeyd edək ki, Leo Messinin kuboku alarkən paylaşdığı şəkli 55 milyondan çox izləyici bəyənib. Bu da dünyada rekord bəyənmə sayıdır.

Tehsil-press.az


Oxşar xəbərlər