İntim videosu yayılan sabiq FHN polkovniki ittihamları rədd edib

İntim videosu yayılan sabiq FHN polkovniki ittihamları rədd edib Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin həbsdə olan sabiq köməkçisi, polkovnik Zaur Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən proses qapalı olub.
Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Zaur Mirzəyev elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O qeyd edib ki, videoların yayılmasından xəbəri olmayıb.
Daha sonra məhkəmədə zərərçəkmiş qadın ifadə verib.
Xatırladaq ki, iş otağında lentə alınmış intim videoları yayılan polkovnik Z.Mirzəyev bu il avqustun 17- də saxlanılaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur.
İttihama görə, Z.Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq, qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.
Zərərçəkmiş qismində FHN və iki qadın tanınır.

Tehsil-press.az

Oxşar xəbərlər