Səidə Sultanın prodüsserinin qətli məhkəmədə araşdırılır

Səidə Sultanın prodüsserinin qətli məhkəmədə araşdırılır Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Yusif Mirzəyevin cinayət işi üzər məhkəmə prosesi başlayıb.

Virtualaz.org saytının əldə etdiyi xəbər görə, prosesə hakim Zeynal Ağayev sədrlik edib. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Yusif Mirzəyev ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O ifadə verməkdən imtina edib və bildirib ki, şahidlərin dirindirilməsi başa çatandan sonra ifadə verəcək. Daha sonra prosesdə zərərçəkmişin hüquqi varisi ifadə verib. O, təqsirləndirilən şəxsin ağır cəza ilə cəzalandırılmasını istəyib.
Məhkəmə prosesi aprelin 22-də davam edəcək. Qeyd edək ki, qətl hadisəsi 8 may 2015-ci ildə Yasamal rayonunun Zahid Xəlilov küçəsi, 523-cü məhəllədə baş verib. 1987-ci il təvəllüdlü Hamlet Cahangirov çoxsaylı bıçaq xəsrətləri ilə qətlə yetirilib.
Yasamal Rayon Polis İdarəsi 26-cı bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisənin üstünü “isti izlərlə” açmaq mümkün olub. Belə ki, cinayəti törətməkdə şübhəli bilinən Yusif Mirzəyev, Sahib Həsənov və Fərid Şahbazov saxlanılaraq istintaqa təqdim edilib. Faktla bağlı saxlanılan şəxslər barəsində cinayət işi başlanıb. Qətlə yetirilən H.Cahangirov müğənni Səidə Sultanın prodüseri işləyib.

tehsil-press.az

Oxşar xəbərlər