Türkiyəyə qadın aparan insan alverçisinin məhkəməsi başlayıb

Türkiyəyə qadın aparan insan alverçisinin məhkəməsi başlayıb Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoymaqda təqsirləndirilən Tovuz rayon sakini Səkinə Zamanovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Tehsil-press.az-n məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin anket məlumatları dəqiqləşdirilib. Prosesdə bildirilib ki, S.Zamanova barəsində ibtidai istintaq zamanı başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.
Prokuror isə təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin dəyişdirilməməsini istəyib.
Məhkəmə baxışı mayın 31-ə təyin edilib.
İttihama görə, S.Zamanova İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və onun barəsində cinayət işi başlanılıb.
O, qadınları Türkiyənin Bursa və İstanbul şəhərlərinə aparıb orada onları pul ödənişi müqabilində kişi müştərilərə satıb. Cinayət işi üzrə 6 qadın zərərçəkmiş şəxs qismində tanınıb.

Tehsil-press.az

Oxşar xəbərlər