Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyi Xankəndi-Laçın yolundakı vəziyətlə bağlı bəyanat ünvanlayıb.
Məktubda BMT Təhlükəsizlik Şurasında Ermənistan nümayəndəsinin çıxışında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin saxtalaşdırılmasının beynəlxalq hüquqa zidd olduğu vurğulanıb.
Bundan başqa Brüssel, Praqa və Soçidə ən yüksək səviyyədə keçirilən görüşlərdə hər iki tərəf bir-birinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını qarşılıqlı şəkildə tanıdıqlarını təsdiqləyiblər.
“Ermənistan Nümayəndəliyinin bəyanatlarında heç bir tarixi və hüquqi əsası olmayan bu cür adlara istinadlar bu ölkənin Azərbaycana qarşı ərazi iddialarının davam etdiyini açıq şəkildə bir daha sübut edir”, - deyə bildirilib.
Bundan başqa Ermənistanın Azərbaycandakı ekoloji terroru ilə bağlı Laçın yolunda keçirilən aksiyanın dinc xarakter aldığı və Ermənistanın blokada ilə bağlı iddialarının əsassız olduğu qeyd olunub.
Azərbaycan yol boyu heç bir məhdudiyyət qoymayıb, nəqliyyat vasitələrinin və yüklərin yol boyu hərəkəti, o cümlədən zəruri tibbi xidmətlərin göstərilməsi maneəsiz olaraq qalır. Rusiya sülhməramlıları yol boyu hərəkəti tənzimləmək üçün öz vəzifələrini yerinə yetirməkdə davam edirlər”, - deyə məktubda vurğulanıb.
Məktubda BMT TŞ-yə üzv dövlətlərin bəyanatlarında Üçtərəfli Bəyanat üzrə öhdəliklərin yerinə yetirilməsi çağırışı olub.
“Üçtərəfli bəyanatların müddəalarını pozaraq Ermənistan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində qeyri-qanuni hərbi fəaliyyətini davam etdirir. Bura qeyri-qanuni hərbi birləşmələr, silahların daşınması, piyada əleyhinə minaların və şəxsi heyətin qanunsuz olaraq bu əraziyə göndərilməsi və digər hərbi təxribatlara əl atılması daxildir”, - deyə bildirilib.
Qeyd olunub ki, münaqişədən sonrakı dövrdə Azərbaycan regional sülhün və sabitliyin möhkəmləndirilməsi və çoxtərəfli regional əməkdaşlığın inkişaf etdirilməsində ardıcıl və konstruktiv mövqe tutub.
“Azərbaycan tərəfindən təqdim olunan beynəlxalq hüquqa əsaslanan beş əsas prinsip sülh müqaviləsinin imzalanması, dövlət sərhədinin delimitasiyası və demarkasiyası və regional kommunikasiyaların açılmasını təbliğ edir. Bu yollar üzrə irəliləyiş regionda uzunmüddətli davamlı sülh üçün zəruridir”. – deyə qeyd olunub.
Bildirilib ki, Ermənistanın ittihamları beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün növbəti cəhddən başqa bir şey deyil.
Bu prossesin ikitərəfli münasibətlərin normallaşmasını pozmaq, regionda vəziyyəti gərginləşdirməyə yönəldiyi qeyd olunub.
Tehsil-press.az