Çavuşoğlu və Lavrov bu məsələləri müzakirə etdi

Çavuşoğlu və Lavrov bu məsələləri müzakirə etdi Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb.
Telefon danışığı zamanı bir sıra regional və beynəlxalq məsələlər müzakirə edilib.
Belə ki, danışıq əsnasında ölkələrarası əməkdaşlıq məsələləri, həmçinin Suriya probleminin həlli gündəmə gətirilib.
Danışıqda Türkiyə, Rusiya və Suriya xarici işlər nazirləri arasında üçtərəfli görüşün keçirilməsi barədə razılığa gəlinib.
Görüşün yanvarın ikinci yarısında Moskvada keçirilməsi də təklif edilib.

Tehsil-press.az


Oxşar xəbərlər