Türkiyə Rusiya ilə tam vizasız rejimin tətbiq olunmasını istəyir - Çavuşoğlu

Türkiyə Rusiya ilə tam vizasız rejimin tətbiq olunmasını istəyir - Çavuşoğlu Türkiyə ümid edir ki, Rusiya ölkə vətəndaşları üçün vizasız rejim tətbiq edəcək.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı deyib.
O bildirib ki, Rusiya vətəndaşları Türkiyəyə vizasız səfər edə bilir:
"Biz də istərdik ki, Türkiyə vətəndaşları üçün vizasız rejim tətbiq olunsun. Bu il pandemiyaya baxmayaraq biz turizm üçün zəruri təhlükəsizlik tədbirləri gördük və şadıq ki, 2 milyon rusiyalı turist ölkəmizə səyahət etdi".

Tehsil-press.az

Oxşar xəbərlər