Fuad Nəcəfli sakinlərin problemlərini dinlədi

Fuad Nəcəfli sakinlərin problemlərini dinlədi Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ordubad rayonunda olub, sakinlərlə görüşüb.
Səlahiyyətli nümayəndə Prezident İlham Əliyevin salamlarını rayon sakinlərinə çatdırıb.
Görüşdə sakinlərin problemləri, üzləşdikləri çətinliklər dinlənilib. 44 rayon sakininin şikayəti dinlənilib, 54 sakinin yazılı şikayəti isə baxılması üçün götürülüb.
Həmçinin bildirilib ki, problemlər qısa müddətdə aidiyyəti dövlət qurumları ilə birlikdə araşdırılıb həll olunacaq.

Tehsil-press.az


Oxşar xəbərlər