Bakı məktəbliləri VII Azərbaycan çempionatının qalibi olublar

Bakı məktəbliləri VII Azərbaycan çempionatının qalibi olublar Məktəblilər arasında breyn-rinq üzrə VII Azərbaycan çempionatının final mərhələsi keçirilib.
Elm və Təhsil Nazirliyi, Azərbaycan İntellektual Klublar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən breyn-rinq televiziya layihəsində Azərbaycanın regionları üzrə 11, Bakı şəhəri üzrə 3 komanda olmaqla, ümumilikdə 14 komanda iştirak edib.
Breyn-rinq üzrə VII Azərbaycan çempionatında Şirvan, Tovuz, Zaqatala, Mingəçevir, Lənkəran, Ağdam, Şəki, İsmayıllı, Sumqayıt, Quba, Gəncə məktəblərinin komandaları ilə yanaşı, paytaxtdakı Texniki-humanitar lisey, 83 nömrəli məktəb-lisey və 120 nömrəli tam orta məktəbin komandaları birincilik uğrunda mübarizə aparıb. 120 nömrəli tam orta məktəbin komandası çempionatın qalibi olub.
Qeyd edək ki, 120 nömrəli tam orta məktəbin komandasının tərkibi Əminə Əskərova, Rəvan Heybətzadə, Əminə Əliyeva, Ruhiyyə Quliyeva, Çinarə Məmmədova və Şəms Əliyevadan ibarətdir.

Tehsil-press.az


Oxşar xəbərlər