Məktəblilər arasında keçirilən breyn-rinq intellektual oyunun qalibləri müəyyənləşib

Məktəblilər arasında keçirilən breyn-rinq intellektual oyunun qalibləri müəyyənləşib Məktəb komandaları arasında breyn-rinq intellektual oyunu keçirilib.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan yarışda Suraxanı rayonu üzrə 84, 140, 226, 232, 316 və 327 nömrəli tam orta məktəblərin komandaları iştirak edib.
BŞTİ-nin tabeliyindəki 232 nömrəli tam orta məktəbdə təşkil olunan intellektual oyunun əsas məqsədi məktəblilər arasında milli mənəvi dəyərlərimizi təbliğ etmək, onları tariximiz, mədəniyyətimiz, haqqında maarifləndirmək, istedadlı şagirdləri üzə çıxarmaq və onların asudə vaxtlarını səmərəli təşkil etməkdir.
Üç turdan ibarət olan yarışda VII-IX sinif şagirdləri Azərbaycan Xalq Cümhuriyyətinə və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair sualları cavablandırıblar.
Yarışın nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 316, 232 və 327 nömrəli tam orta məktəblərin komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə layiq görülüb.
Qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər