Prezident İlham Əliyev yerli televiziya kanallarına bu həftə verdiyi müsahibəsində bir sıra vacib məqamlara toxundu. Bunlardan biri, bəlkə də ən vacibi dünyada baş verən mürəkkəb iqtisadi proseslərin Azərbaycandan da yan ötmədiyi, onun yaratdığı mənfi təsirlər və bu təsirlərdən çıxış yolları barədə idi.
Söhbət ondan gedir ki, bu gün inflyasiya bütün dünyada ciddi bir problemə çevrilib, arzuolunmaz qlobal iqtisadi böhran yaşanır və ölkəmiz də dünya iqtisadiyyatının bir parçası olduğu üçün kəskin qiymət artımı tendensiyasından qaça bilmir. Qiymət artımı, əlbəttə ki, ilk növbədə sosial təbəqələr üçün narahatedici haldır, çünki əhalinin yaşayış səviyyəsinə mənfi təsir göstərir. Bu baxımdan dövlət optimal proqramlar, əlverişli sosial layihələr həyata keçirməyə çalışır ki, yaranmış böhranlı iqtisadi situasiyalarda vətəndaşlar əziyyət çəkməsinlər.
Təbii ki, müharibədən yeni çıxmış ölkə üçün qlobal iqtisadiyyatın yaratdığı problemləri aradan qaldırmaq o qədər də asan məsələ deyil. Amma nə olur-olsun, Azərbaycan dövləti üçün sosial siyasət hər zaman prioritetdir, bütün iqtisadi imkanlar, planlar ölkəni gücləndirməyə, hər bir vətəndaşın həyatını daha da yaxşı etməyə yönəlikdir.
Prezidentin müsahibəsindəki fikirlərinə istinad edər, əminliklə deyə bilərik ki, iqtisadi böhranın yaratdığı problemlər qarşısında çarəsiz qalmayacağıq. Çünki ötən il ölkəmizin ümumi daxili məhsulu rekord həddə çatıb-təxminən 134 milyard manatdan söhbət gedə bilər. Xarici ticarət 50 milyard dolları ötüb. Həm Dünya Bankı, həm Avropa Yenidənqurma və İnkişaf Bankı ilə icraatda olan layihələr başa çatır. Dünyanın hər iki aparıcı maliyyə qurumunun yüksək vəzifəli nümayəndələri keçən il Bakıda olub və aparılan müzakirələr zamanı yeni istiqamətlər müəyyən edilib. Bundan başqa, idxalı əvəzləyən yerli istehsalın daha geniş vüsət alması üçün addımlar atılır, çünki idxaldan asılılığın azalması inflyasiyadan qaçmağın başlıca şərtlərindən biridir.
Artıq gözlənilən geniş sosial paket də ortaya qoyuldu.
Belə ki, 2023-cü ilin yanvarın 1-dən etibarən dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqları artırıldı.
Ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 275 manat, Prezidentin fərdi təqaüdünün məbləği isə 1500 manat oldu.
Dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri də artırıldı. Belə ki, doktorantura pilləsi üzrə:
-elmlər doktoru hazırlığı üzrə doktorantlara – 400 manat;
-fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 240 manat;
Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsi üzrə:
- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 195 manat;
- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 manat;
- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 manat;
Bakalavriat səviyyəsi üzrə:
-akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 175 manat;
-akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 145 manat;
-akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 100 manat.
Orta ixtisas təhsili müəssisələrində:
-akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 100 manat;
-akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 80 manat;
-akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 66 manat.
Peşə təhsili müəssisələrində:
-akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələrə – 100 manat;
-akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələrə – 80 manat;
-akademik göstəriciləri “3”–“5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələrə – 66 manat veriləcək.
Fəxri adlara görə aylıq təqaüdün məbləğində də artımlar var. Xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 200 manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 150 manat müəyyən edildi.
Orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Prezident təqaüdünün aylıq məbləği 80 manatdan 100 manata çatdırıldı.
Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) verilən Prezident təqaüdünün aylıq məbləği 130 manatdan 200 manata qaldırıldı.
Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə verilən Prezident təqaüdünün aylıq məbləği 210 manat idisə, yeni fərmanla 300 manat müəyyən edildi.
Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə verilən təqaüdün aylıq məbləği 500-dən 600 manata çatdırıldı.
Beşdən çox uşağı olan qadınlar sosial müavinət olaraq ayda 70 manat yox, hər uşaq üçün artıq 105 manat alacaq.
Şəhid ailəsi üçün Prezident təqaüdünün aylıq məbləği 500-dən 600 manata çatdırıldı.
20 Yanvar şəhidinin ailəsi üçün təqaüdün aylıq məbləği əvvəl 500 idi, yeni fərmanla 600 manat oldu.
Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Prezident təqaüdündəki artıma baxaq:
-orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 500 manat (əvvəl 400);
-orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 400 manat (əvvəl 350);
-orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 330 manat (əvvəl 300).
Sosial müavinətlərin məbləğlərində də artımlar var. Onlara diqqət edək:
-yaşa görə sosial müavinətin məbləği 220 manat;
-orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 270 manat, orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 220 manat, orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 150 manat;
-ailə başçısını itirməyə görə sosial müavinətin məbləği 120 manat;
-bir yaşınadək uşağı olan aztəminatlı ailələrə sosial müavinətin məbləği hər uşaq üçün 100 manat;
-radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün sosial müavinətin məbləği 300 manat;
-uşağın anadan olmasına görə sosial müavinətin məbləği 500 manat;
-dəfn üçün sosial müavinətin məbləği 500 manat.
Beləliklə, pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya 16,7 faiz artırıldı və 280 manata çatdı. Ölkədə minimum əməkhaqqı artıq 345 manat təşkil edir. Bu gün 60 minə yaxın ailə dövlətdən ünvanlı sosial yardım alır və ildən-ilə bu yardımın məbləği artır. Bu il bir ailəyə düşən müavinət təqribən 460 manat səviyyəsindədir. Bu il Azərbaycanda orta aylıq əməkhaqqı 900 manatdan çox olacaq. Şəhid ailələri və müharibə əlilləri kateqoriyasına aid olanlara bu il ən azı 1500 mənzil veriləcək...
Bunlar görüləcək işlərin bir qismidir və yaşanan arzuolunmaz inflyasiyanın fəsadlarını yumşaltmağa hesablanıb. Daha bir müsbət cəhət ondan ibarətdir ki, həm əməkhaqları, həm təqaüd və müavinətlərdə artımlar davamlı bir proses kimi gedəcək. Bütün sahələr, bütün kateqoriyalar diqqətdə saxlanılacaq.
Bir məqamı unutmayaq: dövlət bunu elə bir şəraitdə yerinə yetirir ki, hazırda işğaldan azad olunan torpaqlarda nəhəng tikinti-quruculuq işləri gedir, Böyük Qayıdış Proqramı elan olunub. Yəni, Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və ordu potensialını gücləndirmək əsas xərclər istiqamətini təşkil edir. Göründüyü kimi, bütün bunlar böyük maliyyə yükü deməkdir və Azərbaycan iqtisadiyyatının gücləndirilməsində başlıca məqsəd ondan ibarətdir ki, heç bir sosial layihə yarımçıq qalmasın, sosial dəstək paketi davamlı xarakter alsın.
Bu gün Azərbaycan Avropaya qaz tədarükünü artırmağı hədəfləyir. Neft-qaz sahəsinə aid layihələrə həmişə olduğu kimi strateji yanaşır. Qeyri-neft sektorunun inkişafına diqqətini artırır. Dünyanın aparıcı şirkətləri ilə imzalanan bütün müqavilələrdə ölkənin iqtisadi maraqları, iqtisadi gücü düşünülür. Çünki iqtisadi güc dövlətin sosial siyasətinin də mükəmməl və uğurlu həyata keçirilməsi deməkdir...
Tehsil-press.az