Fəxri adlara görə təqaüdlər artırıldı

Fəxri adlara görə təqaüdlər artırıldı Prezident İlham Əliyev fəxri adlara görə aylıq təqaüdlərin artırılması barədə sərəncam imzalayıb.
Sərəncam Azərbaycanın sosial-iqtisadi inkişafında xidmətlərinə və yüksək peşə ustalığına görə fəxri adlara layiq görülmüş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə imzalanıb.
Qərara əsasən fəxri adlara görə aylıq təqaüdlərin məbləği 2018-ci il martın 1-dən artırılaraq “Xalq” fəxri adı üçün 150 (yüz əlli) manat, “Əməkdar” fəxri adı üçün 100 (yüz) manat müəyyən edilib.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər