Bakı Kommersiya Məhkəməsində "Xalq Bank" ASC-nin “Azərxalça”nın mərhum sədri Vidadi Muradovun ailə üzvlərinə qarşı iddiası əsasında məhkəmə başlayıb.
Hakim Leyla Əliyevanın sədrliyi ilə keçirilən iclasda tərəflərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası fevralın 15-nə təyin edilib.
Qeyd: "Xalq Bank" ASC Vidadi Muradovun həyat yoldaşı Rəhilə Muradova və oğlu Aydın Muradov, eləcə də “Azərxalça”nın nəzdindəki “Azər İlmə” şirkətini məhkəməyə verib. İddiaya görə, şirkət bankdan ipoteka və kredit götürüb. Borclar vaxtında qaytarılmadığı üçün bank məhkəməyə üz tutub. Kommersiya sirri olduğu üçün açıqlanmasa da, məbləğin külli miqdarda olduğu bildirilir.
Xatırlatma: “Azərxalça”nın sabiq sədri Vidadi Muradov yeyinti ittihamları ilə 2021-ci ildə həbs olunub. O, 22 milyon manata yaxın pulu mənimsəməkdə təqsirli bilinib. Özünün və ailəsinin 30 milyonluq əmlakına həbs qoyulub. Həbsdə səhhəti pisləşdiyi üçün 2021-ci ilin oktyabrın 31-də ev dustaqlığına buraxılıb, 5 gün sonra evində vəfat edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Muradovun cinayət işinə xitam verilib. Müsadirə olunmuş əmlakların bir hissəsi ailəyə geri qaytarılıb.
Qeyd: Rəhilə Muradova ADNSU-nun dosentidir. Aydın Muradov isə bizneslə məşğul olur. Vidadi Muradovun digər oğlu Cavid Muradov isə polis polkovniki, Sabunçu Rayon Polis İdarəsinin rəisidir. Vidadi Muradovun ailəsi ilə bağlı daha bir məhkəmə işi Bakı Apellyasiya Məhkəməsində aparılır. Ailə müsadirə olunmuş əmlakların qalan hissəsinin də qaytarılmasını istəyir. Həmin iş üzrə də "Xalq Bank"ın idarə heyətinin sədri Kamran Məcidov da maraqlı şəxs kimi tanınıb. Bank rəhbərliyi isə əmlakların müsadirəsi nəticəsində kredit borcunun bağlanmasını tələb edir.
Tehsil-press.az