Benyamin Netanyahu: “İsrailin Ukraynaya silah tədarükü məsələsi araşdırılır”

Benyamin Netanyahu: “İsrailin Ukraynaya silah tədarükü məsələsi araşdırılır” İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Ukraynaya silah tədarükünün mümkünlüyü məsələsi araşdırılır.
“Silah tədarükü məsələsi İsrailin əvvəlki hökuməti tərəfindən nəzərdən keçirilib və rədd edilib. Mən bu mövzunu araşdırıb məqbul hesab etdiyim cavabı verəcəyəm”, - Netanyahu Fransanın LCI telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, qərar İsrailin milli maraqları nəzərə alınmaqla veriləcək.
O, həmçinin əlavə edib ki, İsrail Ukraynaya humanitar yardım göstərməkdə davam edir.

Tehsil-press.az

Oxşar xəbərlər