İsrail Ukraynaya silah tədarük etməyəcəklərini açıqladı

İsrail Ukraynaya silah tədarük etməyəcəklərini açıqladı İsrailin müdafiə naziri Benni Qantz ölkəsinin Kiyevin tələb etdiyi kimi Ukraynaya silah sistemləri verməyəcəyini deyib.
Qantz bu haqda Avropa İttifaqına üzv ölkələrin səfirləri ilə görüşündə qeyd edib.
Ukraynanın İsraildən tələb etdiyi silah yardımı haqqında danışan Qantz, “Ukrayna ilə bağlı siyasətimiz dəyişməyib. Biz Qərbin tərəfindəyik, lakin Ukraynaya silah sistemləri verməyəcəyik. Ukraynalılardan ehtiyacları ilə bağlı məlumat istədik və həyat qurtaran erkən xəbərdarlıq sistemini təmin etmək üçün yardımımızı təklif etdik”, - vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər