İsrail Ukraynaya yalnız bu formada kömək edəcək

İsrail Ukraynaya yalnız bu formada kömək edəcək İsrail Ukraynaya kömək edəcək, lakin hava hücumundan müdafiə sistemi verməyəcək.
Bunu İsrailin müdafiə naziri Benni Qantz ukraynalı həmkarı Aleksey Reznikov ilə telefon danışığında deyib.
Nazirlərin telefon danışığı zamanı İsrailin Ukraynaya silah və hava hücumundan müdafiə sistemi ilə yardım etməyəcəyi məlum olub. Qantz imtinanın səbəbini “əməliyyat məhdudiyyəti” ilə izah edib.
"Biz Ukraynadakı təhlükəsizliyi, həmçinin ikitərəfli əməkdaşlığımızın daha da inkişaf etdirilməsi yollarını müzakirə etdik. Həmçinin humanitar və tibbi yardımın göstərilməsi barədə də danışdıq", - deyə Benni Qantz tvitter hesabında paylaşım edib.
Xatırladaq ki, oktyabrın 21-də İsrailin Baş naziri ölkəsinin Ukraynaya silah tədarük etməyəcəyini bəyan edib.
Qeyd edək ki, yaxın günlərdə nazirlərin görüşü gözlənilir.

Tehsil-press.az


Oxşar xəbərlər