Yanmış dərinin əvvəlki vəziyyətinə qüsursuz qaytarılmasının çarəsi tapıldı

Yanmış dərinin əvvəlki vəziyyətinə qüsursuz qaytarılmasının çarəsi tapıldı Artıq transplantasiyaya ehtiyacı olan yanıq xəstələr qüsursuz dəriyə sahib ola biləcəklər.
Belə ki, Kolumbiya Universitetinin (ABŞ) alimləri xəstələr üçün dəri böyütmə üsulunu kəşf ediblər. Araşdırma "Science" jurnalında dərc olunub.
Əslində həkimlər artıq xəstənin hüceyrələrindən istifadə edərək dəri fraqmentlərini böyütməyi və 3D printer vasitəsilə çap etməyi bilirlər. Bununla belə, bu halda materialın forması standart olur və hər konkret şəxs üçün fərdiləşdirilməlidir.
Ancaq indi hər bir xəstəyə uyğun gələcək “tikişsiz” dəri nümunələrinin yetişdirilməsi üsulu ixtira olunub.
İlk mərhələdə alimlər zədələnmiş toxumanı lazerlə skan edir, sonra kompüterdə lazımi fraqmenti modelləşdirirlər. 3D printerdə karkas yaradılır, daha sonra xəstənin dəri hüceyrələri onun üzərində yetişdirilir.
Bütün proses təxminən üç həftə çəkir. Alimlərin sözlərinə görə, onlar “tikişsiz” dərini laboratoriya heyvanları üzərində sınaqdan keçiriblər və uğur qazanıblar.
“Bu, siçanlara şalvar geyindirmək qədər asandır”, - deyə elm adamları əlavə ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər