Tam iflic olmuş xəstələr xüsusi kompüter sisteminin yardımı ilə ətraf mühitlə ünsiyyət qura biləcəklər.
Təhsil-press.az xəbər verir ki, bu barədə isveçrəli alimlər məlumat veriblər.
“PLOS Biology” jurnalında İsveçrə klinikalarından birində tam iflic olmuş dörd xəstə üzərində aparılan araşdırmanın nəticələri nəşr olunub.
Xəstələrin hamısı yan amiotrofik sklerozun ağır formasından əziyyət çəkir və baş verənlərə hətta gözlərini tərpətməklə belə reaksiya verə bilmirlər.
Onların suallara “bəli” və ya “xeyr” cavabını verməsi üçün xəstənin fikirlərini “oxuyan” interfeysdən istifadə edilib.
Kompüter sisteminin işi beyin hüceyrələrinin xüsusiyyətlərinə əsaslanır və onların fəaliyyətindən, qanın rənginin dəyişməsi ilə nəticələnən-qanda oksigenin səviyyəsinin artıb-azalmasından asılı olaraq fəaliyyət göstərir. Qanın rəngini müəyyən etmək üçün infraqırmızı şüalandırmadan istifadə olunur.
Alimlərin fikrincə, tətbiq olunan sistemlə “fikri oxuma” dəqiqliyi təxminən 75% təşkil edir. Başqa sözlə, kompüterin doğru cavabı göstərdiyinə əmin olmaq üçün sualı bir neçə dəfə təkrar etmək lazımdır.
Təhsil-press.az