BMT Rusiya və Ukraynanın danışıqlara başlayacaqlarına inanır

BMT Rusiya və Ukraynanın danışıqlara başlayacaqlarına inanır Rusiya və Ukrayna nə vaxtsa danışıqlara başlayacaq. Hər iki tərəf xahiş edərsə, BMT-nin Baş katibi Antonio Quterreş vasitəçilik etməyə hazırdır.
Bunu cümə günü keçirdiyi brifinqdə BMT-nin Baş katibinin nümayəndəsi Stefan Düjarrik deyib.
“Biz münaqişədə iştirak edən iki ölkənin mövqelərini bilirik. Nə vaxtsa tərəflər danışmalı olacaqlar. Biz sülhə, ədalətli sülhə gəlməli olacağıq, - deyə o qeyd edib.
Düjarrik deyib: “Baş katib həmişə bəyan edib ki, hər hansı bir münaqişədə olduğu kimi, hər iki tərəf bunu istəyərsə, o, kömək etməyə hazırdır”.

Tehsil-press.az

Oxşar xəbərlər