BMT-nin Baş katibi Antonio Quterreş avqustun 18-də Ukraynaya səfər edəcək.
BMT Baş katibinin səfərinin əsas mövzusu ərzaq ixracına dair sazişin reallaşdırılması olacaq. Həmçinin Zaporojye AES ətrafında vəziyyət və Yelenovkadakı istintaq təcridxanasının atəşə tutulması mövzularına toxunulması gözlənilir.
Bunu BMT Baş katibinin nümayəndəsi Stefan Dyucarrik brifinqdə jurnalistlərə bildirib. Onun sözlərinə görə, səfər Ukrayna Prezidentinin dəvəti ilə həyata keçiriləcək.
Antonio Quterreş avqustun 18-də Lvovda Ukrayna Prezidenti Volodimir Zelenski və Türkiyə Prezidentı Rəcəb Tayyib Ərdoğanla görüşəcək, ertəsi gün isə Odessaya gedəcək.
Tehsil-press.az