Kubanın vitse-prezidenti ADU-nun qonağı olub

Kubanın vitse-prezidenti ADU-nun qonağı olub Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesan ölkəmizə səfəri çərçivəsində Azərbaycan Dillər Universitetində (ADU) olub.
Universitetin rektoru akademik Kamal Abdulla ölkələrimiz arasında diplomatik əlaqələrin, səmimi dostluq münasibətlərinin mövcud olduğunu qeyd edib. Rektor Kuba Respublikasının ölkəmizdəki səfirliyi ilə əməkdaşlıq çərçivəsində bir sıra görüş və tədbirlərin keçirildiyini bildirib. ADU-da ispan dilinin tədrisindən danışan rektor universitetdə İspan Mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Qonaq qeyd edib ki, ölkələrimiz BMT və Qoşulmama Hərəkatı çərçivəsində konstruktiv əməkdaşlıq edir və bir-birini dəstəkləyir. O, ADU-da ispan dilinə olan marağı yüksək qiymətləndirib.
Görüşdə ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində əməkdaşlığın inkişaf etdiyi vurğulanıb. Azərbaycan və Kuba universitetləri arasında əməkdaşlıq istiqamətlərindən bəhs olunub.
Daha sonra Kuba Respublikasının vitse-prezidenti ADU-nun tələbə və müəllimləri ilə görüşüb, fikir mübadiləsi aparılıb.
Sonda qonaq universitetin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Tehsil-press.az


Oxşar xəbərlər