Aprelin 15-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Çili Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Qabriel Xara ilə görüşüb.
Qonağı salamlayan rektor Kamal Abdulla Qabriel Xaraya yeni başladığı diplomatik fəaliyyətində uğurlar arzulayıb və bildirib ki, ADU-nun ispandilli ölkələrdən daha biri ilə əməkdaşlığının təməli qoyulması əlamətdar hadisədir.
İspan dili mərkəzinin universitetdə 2012-ci ildə açıldığını deyən universitet rəhbəri bu mərkəzin ispandilli müəllimlərin və bütövlükdə Azərbaycanda ispandilli ölkələrlə maraqlanan bütün vətəndaşların görüş yeri olduğunu diqqətə çatdırıb.
Kamal Abdulla vurğulayıb ki, ADU-da ispan dilini öyrənən tələbələrin sayı 200-ə yaxındır, tələbələr ERASMUS və digər proqramlarla İspaniyada oxumaq imkanı qazanırlar. Rektor tələbə və müəllimlərin müəyyən proqramlar çərçivəsində Çiliyə gedə biləcəyinə ümid etdiyini diplomatın diqqətinə çatdırıb.
Daha sonra ADU-da həyata keçirilən “Səfir saatı” layihəsi haqqında məlumat verən ali təhsil ocağının rəhbəri qonağı tələbələrə mühazirə oxumağa dəvət edib.
Qabriel Xara ortaq maraqları müzakirə etmək üçün vaxt ayırdığına görə rektor Kamal Abdullaya minnətdarlığını ifadə edib. O, Çili Respublikasının səfirliyinin Azərbaycanda 2 ay əvvəl fəaliyyətə başladığını diqqətə çatdırıb: “Mən şanslı şəxsəm ki, Azərbaycanda Çili səfirliyin ilk diplomatıyam və öz ölkəmi Azərbaycanda təmsil edirəm. Düşünürəm ki, hər iki ölkənin universitetləri arasında mədəni və təhsil sahəsində mübadilə işlərinin həyata keçirilməsinin zamanı yetişib. Mən müəlliməm və sizin “Səfir saatı” layihəsində iştirak etmək təklifinizi böyük məmnuniyyətlə qəbul edirəm”.
Müvəqqəti işlər vəkili bildirib ki, ölkələrimiz arasında olan məsafəni təhsil və mədəniyyətlərarası mübadilə, eyni zamanda ispan dilinin təşviqi ilə daha da azaltmaq olar.
Görüşdə Çili ədəbiyyatının nümayəndələri – ədəbiyyat üzrə Nobel mükafatı laureatları Qabriela Mistral və Pablo Nerudanın yaradıcılığı ətrafında fikir mübadiləsi aparılıb, gələcəkdə onların əsərlərindən ibarət antologiyanın çap olunması müzakirə olunub.
Sonda ADU-nun rektoru Kamal Abdulla müəllifi olduğu və Braziliyada portuqal dilində çap olun “Yarımçıq əlyazma” romanını qonağa hədiyyə edib.
ADU-nun Mətbuat Xidməti