ADU-da ispan dilinin tədrisinə böyük önəm verilir

ADU-da ispan dilinin tədrisinə böyük önəm verilir Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla Meksikanın ölkəmizdəki səfiri Xuan Rodrigo Labardini Floreslə görüşüb.
Görüş zamanı rektor Kamal Abdulla iki ölkə arasında müxtəlif istiqamətli əlaqələri yüksək dəyərləndirib. Rektor ADU-da ispan dilinin tədrisinə verilən böyük önəmə toxunub, universitetin müxtəlif istiqamətli beynəlxalq layihələri haqqında danışıb. Qeyd olunub ki, gələcək tədris planlarının hazırlanmasında və yeni təhsil yanaşmalarının tətbiqində ispan dilinin öyrənilməsi öndə duran məsələlərdəndir. Eyni zamanda, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasının vacibliyi vurğulanıb. Bildirilib ki, bu səpkidə Meksika ilə də əməkdaşlığın əhəmiyyəti böyükdür.
Səfir Xuan Rodrigo Labardini Flores rektora səmimi qəbula görə təşəkkürünü bildirib. Təhsil sahəsində əməkdaşlığın xalqları daha yaxınlaşdıran amil olduğunu deyən diplomat bu istiqamətin rəhbərlik etdiyi qurumun prioriteti olduğunu vurğulayıb: “İnanıram ki, bizim təhsil sahəsində əməkdaşlığımız bundan sonra da inkişaf edən xətlə davam edəcək. Tələbələri ispan dili öyrənməyə təşviq edirsiniz, bu işə böyük diqqət göstərirsiniz. Bu, bizim tərəfdən böyük rəğbətlə qarşılanan məsələlərdən biridir. Eyni zamanda, ədəbiyyat sahəsində gələcək əlaqələri də vacib istiqamət hesab edirik. Bu, digər mövzularda təmasımıza böyük kömək göstərə bilər. Çünki mədəniyyət böyük dəyər, böyük təsir qüvvəsi deməkdir”.
Sonda “Halloween” bayramı ilə bağlı tələbələrin hazırladıqları rəsm tablolarına baxış keçirilib.

Tehsil-press.az


Oxşar xəbərlər