ADU-da Ərəb dili və mədəniyyəti mərkəzinin açılması ilə bağlı müzakirə aparılıb

ADU-da Ərəb dili və mədəniyyəti mərkəzinin açılması ilə bağlı müzakirə aparılıb Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi ilə görüşüb.
Görüşdə rektor tələbələrin ərəb dilinə olan marağından danışıb, ərəb dilinin tədrisi istiqamətində yeni addımların atılacağını diqqətə çatdırıb.
Görüşdə ADU-da Ərəb dili və mədəniyyəti mərkəzinin açılması istiqamətində fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, mərkəzin açılışından sonra əməkdaşlıq daha sıx və səmərəli olacaq, tələbələr üçün yeni perspektivlər açılacaq.
Səfir Məhəmməd Əl Bluşi dəvət üçün ADU-nun rektoruna təşəkkürünü bildirib, universitetdə ərəb dilinə olan marağı yüksək qiymətləndirib. Diplomat iki ölkə arasında bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb, Ərəb dili və mədəniyyəti mərkəzinin açılması üçün bütün zəruri addımların atılacağını qeyd edib.
Sonra səfir Məhəmməd Əl Bluşi universitetin “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüşə dəvət edilib.

Tehsil-press.az



Oxşar xəbərlər