Danimarka Ukraynaya 1 milyard dollar ayıracaq

Danimarka Ukraynaya 1 milyard dollar ayıracaq Danimarka bu il Ukraynaya hərbi, mülki və kommersiya ehtiyacları üçün 7 milyard Danimarka kronu (təxminən 1 milyard dollar) yardım fondu quracaq.
Bu haqda Danimarka Xarici İşlər Naziri Lars Lökke Rasmussen açıqlama verib.
Hökumətin Ukraynanın yenidən qurulması mövzusunda Danimarka iş dünyası ilə daha yaxından əməkdaşlıq etməyə hazırlaşdığını və yenidənqurma işlərinin artıq başladığını qeyd edən Rasmussen, “Son güllənin atılmasını gözləyə bilmərik. Bu, əsasən, Ukraynanın hərbi və humanitar yardım, eləcə də yenidənqurma istəklərinə cavabdır”, - deyib.

Tehsil-press.az

Oxşar xəbərlər